Azərbaycanəsilli Rusiya vətəndaşı Mavrikiyə səfir təyin edilib
Rusiya prezidenti Vladimir Putin İradə Zeynalovanın Rusiyanın Mavriki Respublikasına səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Müvafiq sənəd cümə günü hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
“İradə Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavrikiy Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sərəncamın mətnində deyilir.
Dövlət başçısı digər sərəncamla Konstantin Klimovskini bu vəzifədən azad edib.
Xatırladaq ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub, atası azərbaycanlı Avtandil İsabala oğlu, anası isə milliyətcə rus olan Qalina Alekseyevnadır. İradə 1995-ci ildə Tsiolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutunu toz materialların və qoruyucu örtüklərin texnoloqu ixtisası üzrə bitirib.
1997-ci ildən televiziyada müxbir və xəbər proqramlarının aparıcısı kimi çalışır.
İradənin bacısı Svetlana da teleaparıcıdır. İradə atasına çəkib və genetik baxımdan daha çox Azərbaycan qadınlarını xatırladır. Svetlana isə anasına çəkib və ruslardan fərqlənmir.
Əziz Mustafa