Azərbaycan ordusu “NATO” çaplı “L-45 DITA” özüyeriyən haubitsalarının ilk partiyasını qəbul edib

Azərbaycan ordusu “NATO” çaplı “L-45 DITA” özüyeriyən haubitsalarının ilk partiyasını qəbul edib

10 Sentyabr 13:50
Bəyəndim (3) Bəyənmədim (0)


Slovakiya Azərbaycana 155 mm kalibrli “L-45 DITA” özüyeriyən haubitsalarının ilk partiyasını tədarük edib, bu barədə Türkiyə mənbələri X sosial şəbəkəsində yerləşdirilən kadrlara istinadən məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, Azərbaycan “TATRA T815 8x8” platformasında quraşdırılmış haubitsaların ən son modernləşdirilmiş variantını alıb.
Silahlar avtomatik atəş idarəetmə sistemi ilə təchiz olunub, ekipaj yalnız sürücü və komandirdən ibarətdir. Modelin atəş gücü və manevr qabiliyyəti əvvəlki versiyalardan daha yüksəkdir.
Slovakiya KİV-ləri əvvəllər Bakının 70 ədəd “DITA L-45” sifariş verdiyini yazıb. Silahlar Sovet dövründə Çexoslovakiyada istehsal olunan “DANA” özüyeriyən silahlar əsasında hazırlanmışdır. Slovakiya “DANA” versiyasını modernləşdirdi və “NATO” çaplı “L-45 DITA” haubitsaları peyda oldu.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan da Serbiyadan 48 ədəd 155 mm çaplı “Nora” özüyeriyən haubitsalarının alınmasına dair müqavilə imzalayıb. Beləliklə, Azərbaycan ordusunun artilleriya qüdrəti “NATO” çaplı silahlar hesabına xeyli artıb.
Almaz Həsənli