Harris prezident seçiləcəyi təqdirdə İsrailə dəstək edəcəyinə söz verib
ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris prezident seçiləcəyi təqdirdə İsrailə dəstəyindən vaz keçməyəcəyinə söz verib. O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Mən birmənalı və qətiyyətlə mövqeyimdə qərarlıyam ki, İsrailə özünü müdafiə vasitələri və özünümüdafiə hüququ dəyişməyəcək”, o deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət atəşkəs və girovların azad edilməsi ilə bağlı təcili razılaşma tələb edir.
2023-cü il oktyabrın 7-də minlərlə silahlı Həmas tərəfdarının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdəki münaqişə kəskinləşdi. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
Oxuməni.az
Digər xəbərlər








































.jpg)










































.jpg)











