Türkiyə Aİ üzvlüyünü strateji məqsəd adlandırır
Xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olmaqda davam edir. Bu barədə “Hürriyet” qəzeti yazır.
Fidan əlavə edib ki, Ankara bu istiqamətdə müsbət gündəmlə irəliləməyə sadiqdir.
“Türkiyə üçün Aİ-yə üzvlük mühüm strateji hədəfdir. Bunu prezidentimiz Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğuladı. Biz müsbət yanaşma ilə irəliləmək istəyirik. Avropa İttifaqı da oxşar münasibət göstərsə, bu, hamı üçün faydalı olacaq”, - deyə nəşr nazirin sözlərini sitat gətirir.
Türkiyə Aİ-yə namizəd statusunu hələ 1999-cu ildə alıb, lakin Ankara ilə Brüssel arasında münasibətlər, xüsusən də insan haqları ilə bağlı mübahisələr fonunda dəfələrlə gərginləşib. 2017-ci ildə prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Aİ-yə üzvlüklə bağlı mövqeyinə yenidən baxa biləcəyini demişdi. O, ölkənin 54 ildir inteqrasiya gözlədiyini qeyd edərək, bu müddət ərzində Avropada islamafobiyanın xeyli artdığını bildirib.
Oxuməni.az








































.jpg)










































.jpg)











