NATO Almaniyadakı hava bazasında  təhlükəsizlik tədbirlərini gücləndirib

NATO Almaniyadakı hava bazasında təhlükəsizlik tədbirlərini gücləndirib

23 Avqust 2024 07:30
Bəyəndim (0) Bəyənmədim (0)

NATO Almaniyanın qərbində yerləşən Qeylenkirxen aviabazasında mümkün terror təhlükəsi səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə “Zeit” bazanın nümayəndəsinə istinadən yazır.

Ehtiyat tədbiri olaraq kritik əməliyyatlarda iştirak etməyən bütün işçilər evə göndərilib. Geilenkirchen sözçüsü bunun standart təhlükəsizlik tədbiri olduğunu vurğulayıb. O əlavə edib ki, mümkün təhlükə barədə kəşfiyyatdan məlumat alınıb.

Geilenkirchen sözçüsü bunun narahatlığa səbəb olmadığını, sadəcə olaraq “kritik əməliyyatların” fəaliyyətini davam etdirə bilməsini təmin etmək üçün ehtiyat tədbiri olduğunu söylədi.

Oxuməni.az