WP jurnalistləri Ukrayna Silahlı Qüvvələrinin müşayiəti ilə Sudjaya gəliblər

WP jurnalistləri Ukrayna Silahlı Qüvvələrinin müşayiəti ilə Sudjaya gəliblər

19 Avqust 2024 08:15
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın “Washington Post” qəzetinin jurnalistləri və fotoqrafı Ukrayna Silahlı Qüvvələrinin üzvləri ilə birlikdə Sudjaya gəlib. Nəşr qeyd edir ki, onun əməkdaşları Ukrayna və Rusiya Federasiyasının sərhədini şənbə günü, avqustun 17-də keçiblər.

Məqalədə deyilir: "O'Grady, Buryanova və fotoqraf Ed Rahm Ukraynanın nəzarətinin miqyasını sənədləşdirmək və orada qalan Rusiya vətəndaşlarının hansı şəraitdə yaşadığını öz gözləri ilə görmək üçün Rusiyada Ukraynanın nəzarətində olan ərazilərə gediblər".

Nəşr qeyd edir ki, onun müxbirləri Sucada ən azı onlarla mülki şəxsdən müsahibə alıblar.

Bundan əvvəl İtaliyanın RAI teleradio şirkəti Sudjadan reportaj hazırlayan öz jurnalistlərini geri çağırmışdı.

Oxuməni.az