Türkiyə özünün “Polad günbəz”ini yaradacaq
Qardaş Türkiyə özünün“Polad günbəz”(tür.:”Çelik Kubbe”) adlı hava hücumundan müdafiə sistemi üzərində işlərə başlayır. Bu barədə “Israel Defense” nəşri məlumat yayıb. qeyd edilir ki, “Polad günbəz” mövcud analoqlarla müqayisədə daha da təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemidir.
Süni intellektdən də istifadə edəcək bu sistem Türkiyənin bütün ərazisi üzərində “çətir” yaratmaq, müxtəlif mənzilli raketlərdən qorunmaq, müxtəlif hündürlüklərdə hədəfləri tutaraq məhf etmək üçün nəzərdə tutulub. Layihə, hərbi sənaye kompleksində “ASELSAN”,“ROKETSAN”, “TÜBİTAK SAGE” və “MKE” kimi aparıcı türk şirkətləri tərəfindən birgə həyata keçiriləcək.
Sistem qısa mənzilli sistemlərdən uzaqvuran komplekslərə qədər müxtəlif hava hücumundan müdafiə elementlərini əhatə edəcəkdir. Layihəyə həmçinin radarlar və elektrooptik sistemlər, rabitə modulları, idarəetmə və süni intellekt stansiyaları daxildir. Bütün bunlar Türkiyənin hava məkanının çoxsəviyyəli mühafizəsini təmin edəcək.
Türkiyə tərəfi hesab edir ki, “Polad günbəz” beynəlxalq aləmdə, ilk növbədə ərəb ölkələrində maraq doğuracaq.
Almaz Həsənli








































.jpg)










































.jpg)











