Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq daha da inkişaf etdiriləcək

Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq daha da inkişaf etdiriləcək

18 Avqust 2024 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Oxuməni.az