Qəzzada atəşkəs danışıqları davam edir

Qəzzada atəşkəs danışıqları davam edir

16 Avqust 2024 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Cümə axşamı beynəlxalq vasitəçilər İsrail və HƏMAS arasında müharibəyə son qoymaq və onlarla girovun azad edilməsini təmin etmək məqsədilə danışıqların yeni mərhələsi keçiriblər. Potensial razılaşma regional münaqişənin aradan qaldırılması üçün ən yaxşı ümid kimi qiymətləndirilir.

Bu barədə RBC-Ukrayna AP və NPR-yə istinadən məlumat yayıb.

ABŞ, Qətər və Misir Qətərdə İsrail nümayəndə heyəti ilə görüşüb. Birbaşa iştirak etməyən Həmas İsraili ABŞ və beynəlxalq dəstək almış və HƏMAS-ın prinsipcə razılaşdığı ilkin təklifə yeni tələblər əlavə etməkdə ittiham edir.

HƏMAS sözçüsü ABŞ-ın ictimai yayımı NPR-ə bildirib ki, o, artıq öz sülh təklifini təqdim etdiyi üçün danışıqlarda iştirak etməyəcək.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi danışıqları mühüm addım adlandırıb və cümə günü davam etdirilməsinin gözlənildiyini bildirib. O bildirib ki, sazişin mürəkkəbliyini nəzərə alaraq hələ çox iş görülməlidir.

Oxuməni.az