Sloveniya Prezidenti Nataşa Pirc Musar Monqolustana rəsmi səfərə gedəcək

Sloveniya Prezidenti Nataşa Pirc Musar Monqolustana rəsmi səfərə gedəcək

15 Avqust 2024 08:37
Bəyəndim (0) Bəyənmədim (0)


Monqolustan Prezidenti Xurelsuxa Uxnaanın dəvəti ilə Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc Musar 2024-cü il avqustun 20-21-də Monqolustanda dövlət səfərində olacaq.

Həmçinin Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc Musar 22-23 avqust 2024-cü il tarixlərində Ulan-Batorda keçiriləcək Dünya Qadınlar Forumunda fəxri qonaq qismində iştirak edəcək.

Səfər zamanı Monqolustan Prezidenti Khurelsukh Ukhnaa və Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc Musar arasında rəsmi danışıqlar aparılacaq, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişikliyi və səhralaşmanın azaldılması kimi davamlı inkişaf məqsədlərinə nail olunması istiqamətində əməkdaşlıq haqqında fikir mübadiləsi ediləcək. Bundan əlavə, iki dövlətin başçıları beynəlxalq münasibətlərin bəzi məsələlərini müzakirə edəcəklər.

Tərəflər Monqolustan və Sloveniya Respublikası arasında Birgə Bəyannaməni, həmçinin nəqliyyat, turizm və meşə təsərrüfatı sahələrində ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsinə dair sənədləri imzalayacaqlar.

2023-cü ildə Monqolustan və Sloveniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Bu səfər Sloveniya Prezidentinin Monqolustana ilk dövlət səfəridir.

Oxuməni.az