BMT Baş Assambleyası Özbəkistanın təşəbbüsü ilə qətnamə qəbul edib

BMT Baş Assambleyası Özbəkistanın təşəbbüsü ilə qətnamə qəbul edib

14 Avqust 2024 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ekoloji problemlərin effektiv həlli üçün quru ərazilər də daxil olmaqla, deqradasiyaya uğramış torpaqlarda meşələrin salınması və bərpası da daxil olmaqla, davamlı meşə idarəçiliyini təşviq etmək üçün Özbəkistanın təşəbbüsü ilə qətnaməni yekdilliklə qəbul edib. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənəd Özbəkistanda prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə həyata keçirilən, şəhər və kənd ərazilərinin yaşıllaşdırılması vasitəsilə biomüxtəlifliyin qorunması və bərpasına yönəlmiş “Yaşıl Makon” (“Yaşıl mühit”) milli proqramının konsepsiyasına əsaslanır.

“Sənəddə dövlətimizin başçısının iqlim dəyişikliyi ilə səmərəli mübarizə və torpaqların deqradasiyası ilə mübarizə üzrə Baş Assambleyanın 78-ci sessiyası və BMT-nin 28-ci İqlim Konfransı zamanı səsləndirdiyi əsas təkliflər öz əksini tapıb”, - deyə məlumatda bildirilir.

Oxuməni.az