HƏMAS FƏTH liderlərindən birinin və AXCP rəhbərinin azadlığa buraxılmasını tələb edib

HƏMAS FƏTH liderlərindən birinin və AXCP rəhbərinin azadlığa buraxılmasını tələb edib

9 Avqust 18:07
Bəyəndim (1) Bəyənmədim (0)

HƏMAS hərəkatı İsraillə Qəzza zolağında bir sıra tanınmış fələstinli məhbusların azad edilməsi tələbini özündə əks etdirən atəşkəs sazişinin bağlanması şərtlərini vasitəçilərə təhvil verib. Bu barədə Misirin “Al-Youm as-Sabia” portalı məlumat yayıb.

Onun HƏMAS-dakı mənbələrinə görə, söhbət ilk növbədə Fəth hərəkatının liderlərindən biri Mərvan Bərquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXCP) baş katibi Əhməd Səadətdən gedir. Mənbə qeyd edir ki, bu məhbusların azad edilməsi tələbi fələstinlilər arasında “HƏMAS-ın milli birliyə nail olmaq istəyi” kimi qiymətləndirilməlidir.

Portal iddia edir ki, sövdələşmənin başqa bir şərti kimi radikallar “yanlış bəhanələrlə həbs edilən və onilliklər boyu İsrail həbsxanalarında saxlanılan Fələstin hərəkatlarının bütün liderləri”nin, eləcə də həbsdə olan bütün qadınların və azyaşlıların, azad edilməsini irəli sürürlər.

Oxuməni.az