Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı danışıqları bərpa etməyə çağırıb
Misir, Qətər və ABŞ İsrail və Fələstinin HƏMAS radikal hərəkatını avqustun 15-də Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı müzakirələri bərpa etməyə çağırıb. Bu barədə ölkə liderlərinin Ağ Evin saytında dərc olunmuş birgə bəyanatında bildirilir.
“Hər iki tərəfin danışıqları gecikdirmək üçün bəhanələrə daha çox vaxtı yoxdur. Atəşkəsin bağlanmasının, girovların və məhbusların azad edilməsinin vaxtı çatıb. Biz hər iki tərəfi hər hansı qalan boşluqları aradan qaldırmaq və əlavə gecikmələrə yol vermədən sazişin icrasına başlamaq üçün cümə axşamı, avqustun 15-də Doha və ya Qahirədə təcili müzakirələri bərpa etməyə çağırırıq”, - bəyanatda deyilir.
Qeyd olunur ki, vasitəçilər kimi ölkələr silahlı münaqişənin həlli üçün bütün tərəflərin gözləntilərinə cavab verəcək yekun layihəni təqdim etməyə hazırdırlar.
Oxuməni.az