İsrail Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, Qüds ABŞ, Qətər və Misirin təklifinə uyğun olaraq, avqustun 15-də Qəzza razılaşmasını müzakirə etmək üçün nümayəndə heyəti göndərəcək. Bu barədə TASS məlumat yayıb.
Ofis danışıqların yerinin daha sonra açıqlanacağını və görüş zamanı Qəzza zolağı ilə bağlı çərçivə sazişinin icrasının təfərrüatlarının razılaşdırılacağını vurğulayıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “bəzi ekstremist ünsürlərə” qarşı repressiyalardan sonra Qəzza zolağında sülh razılaşması şansı artıb.
Haniyə iyulun 31-də səhər saatlarında İsrailin Tehrana hücumu nəticəsində dünyasını dəyişib. HƏMAS Siyasi Bürosunun rəhbəri ölkənin yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün İran paytaxtına gəlib. Lakin hücum zamanı Fələstin hərəkatının liderlərindən birinin qaldığı iqamətgaha raket düşüb. Nəticədə o və mühafizəçisi həyatla bir araya sığmayan xəsarətlər alıblar.
Oxuməni.az