Dövlət Departamenti  hücuma məruz qalacağı təqdirdə İsraili qoruyacağını bildirib

Dövlət Departamenti hücuma məruz qalacağı təqdirdə İsraili qoruyacağını bildirib

7 Avqust 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton İsrailə hücum edəcəyi təqdirdə müttəfiqini müdafiə edəcək. Bu barədə Amerikanın Fox News telekanalı məlumat yayıb.

Millerin sözlərinə görə, ABŞ administrasiyası həmişə İsraili terrordan qoruyacağını açıq şəkildə bəyan edib. Buna görə də Vaşinqton İsraili hücumlardan qorumağa davam edəcək.

Miller ABŞ-ın Yaxın Şərqdəki şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcəyini vurğulayıb. Eyni zamanda o bildirib ki, Vaşinqton Yaxın Şərqdəki bütün tərəfləri regionda gərginliyin azalmasına gətirib çıxara biləcək bütün mümkün addımları atmağa çağırır.

Oxuməni.az