NATO Rusiyanın hücumuna cavab verə bilməyəcək
NATO ölkələrində logistika ilə bağlı çətinliklər Şimali Atlantika Alyansının Rusiyanın hücumuna cavab verə bilməyəcəyinə gətirib çıxaracaq. Bu barədə fransalı general Bertran Tuju “Politico” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda NATO-ya üzv dövlətlər arasında hərbi texnikanın daşınması soyuq müharibə dövründəkindən qat-qat çətindir.
General inzibati çətinliklərin maneəyə çevrilə biləcəyini vurğulayıb. Belə ki, Paris 2022-ci ildə Kiyevə tanklar köçürməyə hazırlaşarkən hərbçilər Avropa gömrük xidmətlərinin bürokratiyası ilə üzləşiblər.
Bundan əvvəl hərbi ekspert Dmitri Drozdenko bildirib ki, Almaniyanın yüz minlərlə əsgərini Rusiya ilə sərhədə köçürmək planları ilə bağlı xəbərlər qeyri-real görünür.
Oxuməni.az
Digər xəbərlər