Macarıstan ruslar üçün viza rejimini yüngülləşdirdiyinə görə cəzalandırılacaq
Avropa Parlamentinin (AP) üzvləri Macarıstanın ruslar üçün viza rejimini yüngülləşdirməyə qərar verməsindən sonra bu ölkənin Şengen zonasında iştirakını dayandırmaq istəyib. Bu barədə “Politico” yazır.
Çexiya və Litvadan olan Avropa Parlamentinin deputatları Danuşe Nerudova və Petras Austrevičius Avropa Komissiyasına məktub göndərərək Macarıstan hökumətinin bu qərarını araşdırmağa çağırıblar. Sənədin müəllifləri iddia edirlər ki, belə bir siyasət Şengen zonasının üzv ölkələrin vətəndaşları üçün təhlükəsiz məkan rolunu “təhlükə altına ala” bilər. Deputatlar həmçinin vurğulayıblar ki, Macarıstan qərarını dəyişməsə, Aİ üzvləri onun Şengendəki mövcudluğunu şübhə altına alacaqlar.
Oxuməni.az
Digər xəbərlər