İsrail  Türkiyədəki səfirini geri çağırıb

İsrail Türkiyədəki səfirini geri çağırıb

2 Avqust 18:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstinin radikal HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyə üçün matəm əlaməti olaraq respublikanın Tel-Əvivdəki səfirliyində bayraq yarıya endiriləndən sonra İsrail Türkiyədəki səfirini geri çağırıb. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Müvafiq göstərişi İsrailin xarici işlər naziri İsrael Katz verib.

İyulun 31-də səhər tezdən Mehr agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən HƏMAS siyasi bürosunun rəhbərinin ölümü barədə məlumat yayıb. Həniyə Tehranda gecələdiyi evə birbaşa raketlə vurularaq öldürülüb. O, ölkənin yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.

HƏMAS rəsmi açıqlamada Haniyəni şəhid elan edib və baş verənlərə görə İsraili günahlandırıb.

Türkiyə Haniyənin öldürülməsini pisləyib və beynəlxalq ictimaiyyəti münaqişə genişlənmədən İsraili dayandırmağa çağırıb.

Oxuməni.az