
ABŞ və Aİ Yaxın Şərqdə böyük müharibənin qarşısını almaq üçün danışıqlar aparıb
Avropa İttifaqı və ABŞ-ın yüksək rütbəli diplomatları Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin aradan götürülməsindən sonra bölgədə genişmiqyaslı müharibənin qarşısını almaq üçün Yaxın Şərqdə təcili danışıqlar aparıblar. Bu barədə Financial Times (FT) yazır.
Mənbənin məlumatına görə, Aİ-nin xarici siyasət üzrə məsul müavini Enrike Mora Tehranda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk isə Səudiyyə Ərəbistanında danışıqlar aparıb.
Qeyd edilir ki, danışıqlar İranı bu hücumu cavabsız qoymağa və ya simvolik hərəkətlərlə məhdudlaşdırmağa inandırmaq olub.
Bundan əvvəl İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani bildirmişdi ki, İsrailin ABŞ kəşfiyyatının dəstəyi olmasaydı, İsmayıl Haniyənin ləğvi baş verməzdi.
Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin reydi nəticəsində öldürülüb. O, İranın paytaxtında seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.
Oxuməni.az