İran Tehranda HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlinin şərtlərini araşdırır

İran Tehranda HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlinin şərtlərini araşdırır

31 İyul 2024 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

İran hakimiyyəti Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinin şərtlərini araşdırır. Bu barədə Tasnim agentliyinin yaydığı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

“Bu səhər HƏMAS-ın İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı hücuma məruz qalıb Hadisə aydınlaşdırılır, nəticələr daha sonra açıqlanacaq”, - məlumatda deyilir.

Çərşənbə günü səhər Tasnim xəbər agentliyi Haniyyənin ölüm xəbərini yayıb. HƏMAS İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib.

Oxuməni.az