Emoməli Rəhmon İrana işgüzar səfərə gedib

Emoməli Rəhmon İrana işgüzar səfərə gedib

30 İyul 2024 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistan Prezidenti Emoməli Rəhmon İranın Tehran şəhərinə işgüzar səfərə gedib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Düşənbə hava limanında Rəhmonu parlamentin iki palatasının sədrləri, baş nazir, prezident aparat rəhbərinin müavini və digər rəsmi şəxslər yola salıblar.

Rəhmonu səfərdə parlament sədrinin birinci müavini, xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə köməkçisi, energetika və su ehtiyatları naziri və digər rəsmi şəxslər müşayiət edir.

Oxuməni.az