
Tramp Harrislə debata hazır olduğunu bildirib
ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə debata tam hazır olduğunu açıqlayıb. Bu barədə Fox News məlumat yayıb.
Harrislə seçki kampaniyası müzakirələri üçün görüşmək imkanını şərh edən Tramp deyib ki, onun heç bir müzakirəyə etirazı yoxdur.
Keçmiş prezident debat keçirməyə söz verməyə hazır olduğunu qeyd edib və Harrisin onun üçün hazırkı prezident Co Baydendən daha asan rəqib olduğunu vurğulayıb.
Bundan əvvəl Tramp OPEC ölkələrinin Harrisin qalib gəlməsi ümidi ilə neft qiymətlərini aşağı salmağa çalışdıqlarını söylədi.
İyulun 27-də Tennessi ştatının Nashville şəhərində keçirilən Bitcoin 2024 konfransında çıxış edən Tramp seçki yarışında rəqibi Harrisin IQ səviyyəsinin çox aşağı olduğunu bildirib.
Oxuməni.az