Tramp və Baydenin qələbələrini proqnozlaşdıran professor növbəti ABŞ prezidentinin adını çəkib
Vaşinqtondakı Amerika Universitetinin professoru Allan Lixtman noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisin qalib gələcəyini proqnozlaşdırıb. O, öz proqnozunu X sosial şəbəkəsində dərc edib.
Qalibi müəyyən etmək üçün Lixtman 1981-ci ildə riyaziyyatçı Vladimir Keylis-Borok ilə birlikdə hazırladığı 13 açar sistemindən istifadə edir. Onun mahiyyəti yalnız “bəli” və ya “yox” cavabı verilə bilən 13 sualdan ibarətdir. Sistem xarizma, qalmaqalların mövcudluğu, uğur və uğursuzluqlar, ölkədəki iqtisadi vəziyyət və s. kimi kriteriyaları nəzərə alır.
Dörd il əvvəl professor demokrat namizəd Baydenin, 2017-ci ildə isə respublikaçı Donald Trampın prezident olacağını proqnozlaşdırmışdı.
Oxuməni.az
Digər xəbərlər











































.jpg)










































.jpg)








