Harris Demokratların namizədliyi üçün nümayəndə dəstəyini qazanır

Harris Demokratların namizədliyi üçün nümayəndə dəstəyini qazanır

23 İyul 2024 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün kifayət qədər nümayəndə səsi toplayıb. Bu barədə Associated Press məlumat yayıb.

Harris ilk turda namizədliyini təsdiqləmək üçün lazım olan 1976 partiya səsi ilə ən azı 2579 nümayəndənin dəstəyini aldı. Respublikaçılar Partiyasının prezident seçkilərinə rəsmi namizədi Donald Trampdır, o, vitse-prezident postuna C.D.Venslə birlikdə mübarizə aparacaq.

İyulun 21-də ABŞ prezidenti Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O, qeyd edib ki, hazırkı səlahiyyət müddətinin sonuna kimi diqqətini dövlət başçısı kimi üzərinə düşən vəzifələrin icrasına yönəltsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.

Oxuməni.az