Rusiyayönümlü keçmiş dövlət rəsmisi NATO-ya yeni üzvlərin qəbulunu tənqid edib
Finlandiya və İsveç Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq qərarına gələrkən səhvə yol verdilər. Finlandiyanın “İltalehti” nəşri xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki və Dövlət Departamentinin keçmiş rəsmisi, Rusiyayönümlü ekspert Enn Rayt bildirib.
“Məncə səhv etdiniz. Finlandiya və İsveç müstəqil və bitərəf ölkələr olaraq qala bilərdilər”,-deyə o bəyan edib.
Finlandiya Şimali Atlantika Alyansına 4 aprel 2023-cü ildə qoşulub. Rusiya ilə Finlandiya arasında quru sərhədi təxminən 1300 kilometr olduğundan, Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya ilə NATO üzvləri arasında quru sərhədinin uzunluğu demək olar ki, iki dəfə artıb. İsveç 2024-cü il martın 7-də NATO-ya üzv olub.
Oxuməni.az
Digər xəbərlər