
Macarıstan Aİ-nin təhdidlərinə boyun əyməyəcək
Avropa İttifaqı rəhbərliyinin təhdidləri və şantajı Macarıstanı Ukrayna münaqişəsinin həlli üzrə dinc missiyasını dayandırmağa məcbur etməyəcək.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Siyasətçinin sözlərinə görə, bütün müharibə tərəfdarı olan Aİ siyasətçiləri Budapeştin sülh missiyası başlayandan dərhal sonra “ayılıblar”. O bildirib ki, Avropa liderləri Macarıstanı boykotla hədələyiblər. Siyarto Macarıstanın sülh missiyasını dayandırmayacağını açıq şəkildə bildirdi və vurğuladı ki, Budapeşt artıq Avropa İttifaqının maliyyə sanksiyaları altındadır. Ona görə də Avropa liderlərinin onları indi olduğundan daha çox necə təhdid edə biləcəyini başa düşmür.
Oxuməni.az
Digər xəbərlər