
Kimə nifrət edən diplomat Cənubi Koreyaya qaçıb
Kimə nifrət edən diplomat Cənubi Koreyaya qaçıb.
52 yaşlı Ri İl-gyu Şimali Koreyanın Kubadakı səfirliyində siyasi məsləhətçi vəzifəsində çalışıb, 1999-cu ildən KXDR Xarici İşlər Nazirliyində işləyib və Kim Çen Indan işinə görə təşəkkür alıb.
“Hər bir Şimali Koreyalı ən azı bir dəfə Cənubi Koreyada yaşamağı düşünür. Rejimdən və qaranlıq gələcəklə bağlı məyusluq məni qaçmaq barədə düşünməyə vadar etdi”, – İl Kyu Cənubi Koreyanın “Çosun İlbo” nəşrinə deyib.
Diplomat son illərdə Şimali Koreyanın ən yüksək rütbəli qaçaqlarından birinə çevrilib.
Oxuməni.az
Digər xəbərlər