Polşa-Ukrayna münasibətləri müzakirə ediləcək

Polşa-Ukrayna münasibətləri müzakirə ediləcək

8 İyul 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski NATO sammitinin başlaması ərəfəsində Polşaya səfər edib. Bu barədə bazar ertəsi, iyulun 8-də TVP telekanalı məlumat yayıb.

Səfər çərçivəsində Zelenski baş nazir Donald Tusk və prezident Anjey Duda ilə görüşəcək.

Tərəflərin NATO-nun qarşıdan gələn sammitini müzakirə edəcəyi və Polşa ilə Ukrayna arasında hərbi əməkdaşlıq haqqında saziş imzalaya biləcəyi gözlənilir.

Bazar ertəsi günü Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna Polşa radiosunda deyib ki, Zelenskinin səfəri NATO sammitinə və Ukraynanın alyansa üzvlük perspektivlərinə aid olacaq. Eyni zamanda diplomat bildirib ki, son məsələnin yaxın vaxtlarda həll olunacağı ehtimalı azdır.

NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Oxuməni.az