
Co Bayden prezident kürsüsü uğrunda mübarizəsini davam etdirəcək
Ağ Ev ABŞ prezidenti Co Baydenin prezident seçkiləri yarışını tərk etməyi düşünməsi ilə bağlı xəbərləri həqiqətə uyğun olmayan adlandırıb.
"Mən bu mesajları gördüm, biz prezidentlə əlaqə saxladıq və o, birbaşa cavab verdi: "Xeyr, bu, tamamilə yalandır", - deyə Ağ Evin sözçüsü Karine Jean-Pierre çərşənbə günü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Bayden prezident kimi fəaliyyətini davam etdirir, o, seçki kampaniyasını davam etdirir və onun bütün iştirakçıları bundan xəbərdardır.
"Prezident öz işini davam etdirməyə sadiqdir və mesajlardan eşitdiyiniz hər şey tamamilə həqiqətə uyğun deyil",- deyib Jan-Pierre.
Oxuməni.az
Digər xəbərlər