Moldova parlamentini mühafizə edənlər arasında xarici ölkələrin xüsusi təyinatlıları da olub

Moldova parlamentini mühafizə edənlər arasında xarici ölkələrin xüsusi təyinatlıları da olub

19 İyun 2024 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova parlamentini mühafizə edənlər arasında xarici ölkələrin xüsusi təyinatlıları da olub.

Bu barədə parlamentin iclasında müxalifətdən olan “Pobeda” blokunun deputatı Marina Tauber bəyan edib. Onun sözlərinə görə, parlamenti mühafizə edənlərdən bəziləri öz aralarında xarici dildə danışırdılar.

Marina Tauber bununla bağlı deputatlara izahat verilməsini tələb edib.

Deputat deyib ki, əgər bizim parlamenti qoruyanlar arasında xarici ölkə vətəndaşları varsa, onda bu, Moldova üçün ciddi təhlükə deməkdir.

Oxuməni.az