İranda 50 gün ərzində yeni prezident seçkiləri keçiriləcək

İranda 50 gün ərzində yeni prezident seçkiləri keçiriləcək

20 May 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Helikopter qəzası nəticəsində dünyasını dəyişən İran prezidenti İbrahim Rəisini müvəqqəti olaraq birinci vitse-prezident Məhəmməd Muxbar əvəz edəcək. Bu barədə İranın ali dini lideri Əli Xamenei bəyan edib. O deyib ki, 50 gün ərzində ölkədə yeni prezident seçkiləri keçiriləcək.

İran mətbuatının yazdığına görə 68 yaşlı Muxbar uzun illərboyu SEPAH-da (İslam İnqilabı Keşikçiləri Korpusu) işləyib. O, bir müddət Xuzistan əyaləti qubernatorunun müavini vəzifəsində çalışıb. Muxbar birinci vitse-prezident vəzifəsinə 3 il əvvəl təyin olunub və Xameneinin yaxın silahdaşlarından hesab edilir.

Oxuməni.az