Taliban: “Amerika bizim ikinci hədəfimiz olacaq!”

Taliban: “Amerika bizim ikinci hədəfimiz olacaq!”

2 May 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)


Taliban hərəkatı Usama Ben Ladenin öldürülməsinə görə qisas alacağını açıqlayıb. "France-Presse" agentliyinin məlumatına görə, Talibanın Pakistandakı nümayəndəsi Ehsanullah Ehsan ABŞ və Pakistanın hökumət və təhlükəsizlik xidmətlərinə hücumlar təşkil edəcəklərini bildirib. O deyib ki, ilk hədəf Pakistan prezidenti Asif Əli Zərdari və ordu nümayəndələri olacaq: "Amerika bizim ikinci hədəfimiz olacaq". E. Ehsan ABŞ və Pakistan hökumətlərini islamın düşmənləri də adlandırıb.


ABŞ islamın düşməni sayıla bilər. Amma dinimizin ən böyük düşmənləri terrorçulardır...


Tofiq Əliyev.


O.M.