
Əl-Qaidəyə o başçılıq edəcək
Usama Bin Ladenin yerinə Əl-Qaidənin "taxt-tacına" çox yüksək ehtimallara görə, o keçəcək.
Misirdə doğulan həkim-cərrah Eymən Əl Zəvahiri 1980-cı ildə Usama ilə Əfqanıstanda Sovet birliyinə qarşı vuruşlarda bir araya gəlib. O zamandan terror "atasının" yanından heç ayrılmayan Əl Zəvahiri onun əsas köməkçisi - vəziri rolunu oynayıb. Məhz elə bu səbəbdən çox güman ki, Əl-Qaidənin "möhür-qələmi" ona həvalə olunacaq.
Eymən Əl Zəvahiri 1951-ci ildə Misirin ən tanınmış ailəsində dünyaya gəlib. Atası professor olan Zəvahirinin babası Al Azhar isə ərəb dünyasının ən əhəmiyyətli məscidlərindən birinin imamı olub.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində belə məsləhət biliblərsə, elə də olacaq...
Günel Həbib
O.M.
Digər xəbərlər