Baş Prokurorluq xəbəri təkzib etdi

Baş Prokurorluq xəbəri təkzib etdi

18 Dekabr 2012 11:54
Bəyəndim (0) Bəyənmədim (0)
"Gülər Əhmədova həbs edilməyib"

Azərbaycan Baş Prokurorluğu Milli Məclisin keçmiş üzvü Gülər Əhmədovanın həbs edilməsi ilə bağlı xəbərləri təkzib edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur: "Hazırda qeyd edilən cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

O.M.