Sarkozi bir ilk oldu

Sarkozi bir ilk oldu

4 Aprel 2011 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Nikola Sarkozi Uzaq Şərq ziyarətini davam etdirir. Çindən Yaponiyaya gələn prezident təbii fəlakətdən sonra Yaponiyaya səfər edən ilk əcnəbi rəsmi şəxsdir.

Dağıntılardan sonrakı vəziyyətlə tanış olan Sarkozi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında ölkəsinin yardımını da təklif etdi.

Naoto Kan ilə görüşən prezident BMT-də bu məsələnin qabardılmasına söz verdi.

"Baş verə biləcək hər hansı bir faciə bütün dünyaya, o cümlədən Fransaya da təsirsiz ötüşməyəcək" fikrini söyləyən prezident hadisə yerinə 20 nəfərlik mühəndis qrupu göndərəcəyinə də söz verdi. Yaponiya baş naziri isə yardımlarına görə Fransaya təşəkkür etdi.

O.M.