İlham Əliyev Barak Obamaya başsağlığı məktubu göndərib

İlham Əliyev Barak Obamaya başsağlığı məktubu göndərib

15 Dekabr 2012 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkə başçısı məlum hadisə ilə bağlı üzüntüsünü qeyd edib

Azərbaycan prezidenti İlham Əliyev məlum hadisə ilə əlaqədar ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib:

"Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbər məni son dərəcə sarsıtdı və kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayıram".

O.M.