Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır
Müsavat partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiya Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb partiyanın dekabrın 10-da Milli Məclisin binası qarşısında piketin keçirilməsi ilə bağlı müraciətə mənfi cavab verilməsi olub. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı BŞİH-nin cavabının hüquqi tərəflərinin araşdırılıb, məhkəməyə müraciət ediləcəyini bildirib.
Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirməyi planlaşdırır. Bu aksiya İctimai Palata tərəfindən də dəstəklənib. Paytaxt rəhbərliyi isə piketin keçirilməsini məqsədəuyğun saymayıb.
Digər xəbərlər






























































































