Qəddafinin acı günü

Qəddafinin acı günü

1 May 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)
3 nəvəsi və oğlu öldürüldü

Liviya liderinin NATO-ya etdiyi atəşkəs çağırışının dərhal ardından qərargahı vuruldu: 1 oğlu və 3 nəvəsi öldü!

Liviyadaki qarşıdurmalar sürərkən NATO-nun dünən axşam etdiyi mərmi hücumunda Müəmmər Qəddafinin ən kiçik oğlu ilə üç nəvəsinin öldüyü açıqlandı. Bu isti xəbər Liviya hökumətinin nümayəndəsi tərəfindən dünən gecə açıqlandı. Spiker NATO-nun daha əvvəl etdiyi kimi, dünən də Qəddafinin Trablusdaki qərargahını hədəf aldığını söylədi. Hücum zamanı Qəddafinin də qərargahda olduğunu ifadə edən spiker hücumda onun 32 yaşlı ən kiçik oğlu Seyf Əl Ərəb ilə üç nəvəsinin öldüyünü bildirib. Sözçü mərmi hücumundan Qəddafinin yara almadan xilas olduğunu açıqlayıb.

Müəmmər Qəddafi hücumdan bir neçə saat əvvəl dövlət televiziyasından NATO-ya atəşkəs çağırışı etmişdi. O, canlı yayınlanan 80 dəqiqəlik çıxışında NATO-nun bombardmanı dayandırması halında atəşkəs etməyə və danışıqlara hazır olduqlarını söyləmişdi. Bu danışığın dərhal ardından NATO-dan rədd cavabı gəlmişdi.

Günel Həbib