Arif Hacılı apellyasiya şikayəti verib

Arif Hacılı apellyasiya şikayəti verib

29 Aprel 2011 19:19
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 2-də İctimai Palatanın /İP/ üzvləri Bakının mərkəzində icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstərmişdi. Həmin hadisələrlə bağlı CM-nin 233 və 315-ci maddələri ilə cinayət işi açılmışdı. Keçirilmiş razılaşdırılmamış aksiya zamanı saxlanılan Musavat Patriyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı barəsində Səbael rayon Məhkəməsi 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. A.Hacılı bu səbəbdən apellyasiya şikayəti vermişdi. Vəkil Əsabəli Mustafayevin dediyinə görə, apellyasiya şikayəti Səbael rayon Məhkəməsinin qərarı ilə bağlıdır: "Biz A.Hacılı barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatətlə məhkəməyə müraciət etmişdik. Lakin məhkəmə bu vəsatəti təmin etmədi, biz də apellyasiya şikayəti verməli olduq".

Könül Aypara