Vaşinqtonun iştirakı olmadan Rusiya, İran və Ermənistan sülh prosesini hər vasitə ilə sarsıdacaqdır

Vaşinqtonun iştirakı olmadan Rusiya, İran və Ermənistan sülh prosesini hər vasitə ilə sarsıdacaqdır

14 May 2023 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Moskva 2011-2020-ci illərdə hər iki ölkəyə ən böyük silah tədarükçüsü olub..."

"Vaşinqtonun iştirakı olmadan Rusiya, İran və Ermənistan sülh prosesini hər vasitə ilə sarsıdacaq..."

"Ermənistan sanksiyalar altında olan malların, o cümlədən İran dronları və raketlərinin Rusiyaya tədarükü üçün ən böyük qovşaq və logistika həlqəsidir..."

Özünü "Qarabağda təhlükəsizliyin yeganə qarantı" adlandıran Moskva hər iki ölkəyə ən böyük silah tədarükçüsü olub.

Oxuməni.az xəbər verir ki, bu barədə politoloq Svetlana Kuşner "Senzor" nəşrində yazıb.

2020-ci ilin payızında Ermənistanla Azərbaycan arasında döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra Rusiya, guya, Qarabağda "sülhü" qorumaq üçün orada iki minlik hərbi kontingent yerləşdirib.

Bu, Putinə Cənubi Qafqazda öz təsirini nümayiş etdirməyə və erməni separatçıları ilə öz məqsədləri naminə daha çox manipulyasiya etməyə imkan verib.

Kreml 1994-cü ildən, Ermənistan-Azərbaycan münaqişəsində birinci Qarabağ savaşı bitəndən sonra özünü əsas mediator rolunda görür.

Əslində isə Rusiya əvvəlcədən münaqişənin dondurulmasında maraqll olub, çünki yalnız bu yolla Cənubi Qafqazda öz təsirini və Ermənistanda hərbi bazalarını saxlaya bilər.

Üstəlik, özünü "Qarabağda təhlükəsizliyin yeganə qarantı" adlandıran Mockva 2011-2020-ci illərdə hər iki ölkəyə ən böyük silah tədarükçüsü olub.

Stoqholm sülh problemləri tədqiqatları İnstitutunun məlumatına görə, Ermənistanın silah idxalının 94 faizi, Azərbaycanın silah idxalının 60 faizi Rusiyanın payına düşür.

Məhz danışıqlar prosesinin 30 il ərzində dondurulması və Rusiyanın regiona güclü silah tədarükü 2020-ci ilin payızında tammiqyaslı hərbi əməliyyatların bərpasına zəmin yaradıb.

Son 3 ildə Moskva danışıqlar prosesinin uzadılmasının həmin xəttini davam edir.

Cənubi Qafazda təsirini və hərbi bazalarını saxlamaqla bərabər, Kreml üçün indi Bakı üzərində təsir rıçaqlarını əldə etməsi xüsusi önəm daşıyır. Çünki Azərbaycan Rusiyaya alternativ olaraq Avropa İttifaqına enerjidaşıyıcılarının başlıca tədarükçüsünə çevrilib.

Ermənistana münasibətdə isə Moskva Tehranla birgə onun Gürcüstan kimi Qərbə tam inteqrasiyasına imkan verməməyə səy göstərir.

Putin öz məqsədləri naminə Qarabağda erməni oyuncaq separatçılarından, Gürcüstanda osetin və abxazlar, Krım və Donbasda "rus dünyası" tərəfdarları ilə olduğu kimi, istifadə edir.

Rusiyanın destruktiv rolununu nəzərə alaraq, 2020-ci ilin müharibəsindən sonra Qərb Azərbycanla Ermənistan arasında danışıqlar prosesinə getdikcə daha fəal şəkildə qoşulmağa başlayıb.

Son 3 ildə iki ölkənin dövlət başçıları arasında əksəriyyət görüşlərin təşəbbüskarları Avropa İttifaqının rəhbəri Şarl Mişel və Dövlət katibi Entoni Blinkenin timsalında Aİ və NATO olub.

Əgər əvvəllər Blinken tərəfləri bir-birilərilə birbaşa ünsiyyətə sövq edirdisə, indi etiraf edir ki, Vaşinqtonun iştirakl olmadan Rusiya, İran və Ermənistan sülh prosesini hər vasitə ilə sarsıdacaqdır, bunu "The Wall Street Journal" nəşri yazıb.

Nəşr qeyd edir ki, "senator Menendes və Nümayəndələr Palatasının üzvü Şiff kimi erməni-amerikan icmasının fəal dostları Ermənistanın Rusiya və İranla əməkdaşlığını işıqlandıran istənilən amerikalı məmurları cəzalandırmağa can atır".

Bu fonda, "EUreporter" və Ukrayna, Rumıniya, Bolqarıstan və Litvanım mərkəzi KİV-lərinin versiyasına görə, Ermənistan Rusiyaya sanksiyalar altında olan malların, o cümlədən hərbi avadanlığın tədarükü üçün az qala ən böyük qovşaq, habelə Rusiya ilə İran arasında əlaqələndirici logistik həlqə rolunu oynayır.

Həmçinin Putinin İranın zərbə dronları və raketlərinin Ukrayna şəhərlərinə hücumlar üçün tədarük edilməsi məqsədilə Ermənistandan istifadə etməsi barədə də məlumat verilir. Moderator.az