Ruslar Qarabağda qiyməti qaldırdı: 10 min dollar...

Ruslar Qarabağda qiyməti qaldırdı: 10 min dollar...

31 Mart 2023 21:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlılar ərzaq və ya digər malların daşındığı hər böyük yük maşını üçün əvvəlki 1000-2000 dollar əvəzinə, indi təxminən 10 min dollar alır.

Oxuməni.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Sülhməramlılar son vaxtlar Ermənistan hökuməti ilə razılaşmanı pozurlar. Çünki onların gündə 10 avtomobilin daşınması ilə bağlı razılaşmaları var. Bu maşınlardan 8-i hökumətə, qalan ikisi isə sülhməramlıların şəxsi qazancı üçündür”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sülhməramlıların ermənilər üçün yükləri pulla daşıması rusiyalı jurnalist İrina Tumakovanın Xankəndiyə səfəri ilə bağlı “Novaya qazeta”da dərc edilən reportajında da yer almışdı. Erməni sakinlər bildirmişdilər ki, Xankəndiyə gətirilən humanitar yüklərin heç də hamısı xalqa pulsuz paylanmır, bəzisi satışa göndərilir.

Ancaq həqiqət isə ondan ibarətdir ki, humanitar yüklərlə bərabər, iş adamları rus sülhməramlılara ticarət üçün aldıqları məhsulları da daşıtdırırlar. Rus sülhməramlılar isə öz maşınlarında daşıdıqları iş adamlarına məxsus mallar üçün ödəniş tələb edirlər. Bu yüklərin hamısı Xankəndiyə “humanitar yardım” adı ilə çatdırılır, orada isə humanitar yardımlar paylanır, digər yüklər isə iş adamlarına təhvil verilir və mağazalara göndərilir.

Xatırladaq ki, ermənilər rus sülhməramlıların maşınlarında İrəvana gedib-gəlmək üçün də 30-50, bəzən isə 100 dollar pul verdiklərini bildiriblər.axar.az