Qırğızıstanın baş naziri süni intellektdən istifadə edib

Qırğızıstanın baş naziri süni intellektdən istifadə edib

3 Fevral 2023 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstanın baş naziri Akılbek Japarovun Qazaxıstanın "Digital Almatı" forumunda çıxışının bir hissəsini süni intellekt yazıb.

Oxuməni.az xəbər verir ki, bu barədə cümə günü Nazirlər Kabinetinin rəhbəri özü danışıb.

Çıxışında o, müasir kompüter texnologiyalarının üstünlüklərindən danışıb, onlardan ən vacibi kimi iki sahəni, kriptovalyutalar və süni intellektin adını çəkib.

“Məsələn, biznes məktəblərində imtahanları uğurla verən "ChatGPT" onlayn müsahibələrdən keçərək iş tapır. 10 il əvvəl fantaziya olan şey bu gün reallığa çevrilib. Nə deyim, mənim bugünkü çıxışım qismən bu süni intellektin köməyi ilə yaradılıb”, - deyən Japarov zalda böyük alqışlara səbəb olub.

Rüfət, Oxuməni.az