Rusiyaya girişləri qadağan edildi - Zaxarova açıqladı

Rusiyaya girişləri qadağan edildi - Zaxarova açıqladı

14 Yanvar 21:58
123
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin ölkəyə girişinə qadağa qoyub.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Diplomat bildirib ki, 36 britaniyalı rəsmi şəxs, təhlükəsizlik xidmətlərinin əməkdaşı və jurnalistin adı Rusiyanın “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. O cümlədən, siyahıda regionların sosial-iqtisadi inkişafı naziri Maykl Qouv, Lankaster Hersoqluğunun kansleri Oliver Dauden, portfelsiz nazir Nadim Zəhavi, eləcə də Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığı və Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları da var.

Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan olunmuş Britaniya subyektlərinin tam siyahısını dərc etməyi məqsədəuyğun hesab etmir. O, deyib ki, Britaniya rəhbərliyi kimlərdən danışıldığını anlayır.