Ermənistan təkləndi: Artıq Fransa belə... - Diqqətçəkən fakt

Ermənistan təkləndi: Artıq Fransa belə... - Diqqətçəkən fakt

9 Yanvar 2023 21:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın proseslərdən yeganə çıxış yolu Azərbaycanla münasibətləri normal qaydada inkişafına nail olmaqdan ibarətdir. Regionda nəqliyyat qovşaqlarının açılması, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın düşmüş olduğu ağır durumdan qurtara bilər. Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasına görə, Ermənistan Fransa ilə BMT-də belə məsələ qaldırmağa çalışdı. Amma özləri-özlərini biabır etdilər.

Oxuməni.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri hesab edir ki, Fransa BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə belə Ermənistana kömək edə bilmədi:

“İndi də çalışırlar ki, bu biabırçılığı erməni ictimaiyyəti təm təfsilatı ilə bilməsin. Amma fakt odur ki, Ermənistanın bütün cəhdləri onun özünə zərbə vurur. Çünki bunların heç birinin məntiqi, hüquqi əsası yoxdur”.

Deputat azərbaycanlı ekspertlərin Qarabağdakı faydalı qazıntı yataqlarında monitorinq aparılmasına bu günə qədər icazə verilməməsinin də məntiqsiz olduğunu söyləyib: “Görünən odur ki, burada onları ifşa edəcək faktlar aşkara çıxacaq. Hətta aksiyanın ilk dövrlərində Xankəndidə guya humanitar fəlakətin yaşandığını iddia edirdilər. Amma fakt odur ki, o yol hümanitar məqsədlər üçün açıqdır. Erməni tərəfi isə hər vəchlə dünya ictimaiyyətini aldatmağa çalışırdı ki, yol bağlıdır. Bu yalan da baş tutmadı. Artıq özləri də dərk etməlidirlər ki, onların yalan və böhtan üzərində qurduqları iddialarının heç bir perspektivi yoxdur”.

Ziyafət Əsgərova görə, Ermənistanın regionda normal dövlət kimi yaşamasının yolu Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmasından asılıdır:

“Çünki buna alternativi yoxdur. Kiçik bir dövlətin regionda bundan sonra da pozuluq etməsinə artıq imkan verilməyəcək. Ermənistan bir müddət Moskvanın ətəyindən yapışmışdı. Orada ümidləri puça çıxandan sonra Parisin ətəyindən yapışmağa başladı. Nəhayətdə Fransa da Ermənistana kömək edə bilmədi. Ona görə də, indi Ermənistan ortada tərk edilmiş bir dövlət kimi qalıb. Çünki onun haqsız əsassız iddialarına heç kəs fikir vermir. Dünya ictimaiyyəti artıq Ermənistanın yalanla məşğul olduğunu görür”.