"Qəddafi əsgərlərinə "Viaqra" paylayır"

"Qəddafi əsgərlərinə "Viaqra" paylayır"

29 Aprel 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada qadınlara təcavüz edən əsgərlərə "Viaqra" verildiyi iddia edilir.

BMT-nin mediaçılara qapalı olan iclasında Liviya və Amerika diplomatları da iştirak etdi. İclasda dilə gətirilən bu iddiaya Liviya tərəf heç bir cavab verməyib və bu mövzu ətrafında bir kəlmə belə kəsməyib.

Təcavüzdən müharibə bölgəsində bir silah olaraq istifadə edilməsi BMT-nin hazırda maraq göstərdiyi və üzərində işlədiyi mövzular arasında yer alır.

Maraqlıdır, azğınlaşmış Qəddafi ordusu qarşısına amerikan əsgərlər çıxsa, nə edəcəklər?

Günel Həbib