M.Ə.Sabir adına kitabxanaya yeni direktor təyin edildi

M.Ə.Sabir adına kitabxanaya yeni direktor təyin edildi

29 Sentyabr 2012 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

ABU-nun rektoru Elşad Abdullayevlə millət vəkili Gülər Əhmədovanın birgə videosunda yer almış M. Ə. Sabir adına kitabxananın direktoru Sevinc Babayeva işindən azad edilib.

Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev: "Sevinc Babayevanın evinə nümayəndələr göndərilib, lakin o evdə olmayıb. Onun yaşadığı binanın mühafizəçiləri nümayəndələrimizə bildiriblər ki, bu qadın üç gündür evə gəlmir, harada olduğunu da heç kim bilmir. Hər halda, biz onun ortaya çıxacağı müddətə kimi müqaviləni qüvvədə saxlayacağıq. Sonra isə müqaviləyə xitam veriləcək. Onun yerinə isə artıq məsul şəxs təyin edilib. Kitabxana başsız qala bilməz".

O.M.