
MM sədrinin müavini deputat Gülər Əhmədova ilə bağlı videoya şərh verməyə tələsmədi
"Gülər Əhmədova ilə bağlı yayılmış videoya dair yalnız müvafiq qurumlar rəy və fikirlərini söyləyəndən sonra hansısa şərh vermək mümkündür". Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, indiki halda bununla bağlı hansısa fikir söyləmək mümkün deyil.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E.Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
O.M.