Azərbaycan müxalifətinin namizədləri internetdə prezident seçkilərinə başladılar

Azərbaycan müxalifətinin namizədləri internetdə prezident seçkilərinə başladılar

24 Sentyabr 2012 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

2013-cü il prezident seçkilərinin dəqiq tarixi açıqlandıqdan sonra müxalifət daxilində vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı açıq müzakirələr başlamasa da, bu statusa iddia edənlər virtual məkanda amansız mübarizəyə girişiblər. "Qafqazinfo"-nun məlumatına görə, prezident seçkilərinə bir ildən də artıq zaman qaldığı bir dövrdə müxalifət düşərgəsində önə keçməyə çalışan partiya sədrlərinin ictimai reytinqini bəlirləyən elektron sorğuların da sayı artıb. Hal-hazırda Azərbaycanın 3 internet (teleqraf.com, mia.az və veteninfo.az) nəşrində müxalifətin vahid namizədinin "seçilməsi"nə başlanılıb və artıq həmin sorğuların ilkin nəticələri də məlumdur.

Əhatə çevrəsinə görə, teleqraf.com-un artıq yekunlaşdırdığı sorğunun nəticələri diqqəti daha çox cəlb edir. Bu saytın keçirdiyi sorğuda 2 mindən çox respondent müxalif siyasətçilərin "vahid namizəd" ambisiyasına münasibətini bildirib. Sorğunun nəticələrinə əsasən, ilk beşlik aşağıdakı kimi müəyyənləşib:
İsa Qəmbər (386)
Əli Əliyev (384)
İqbal Ağazadə (376)
Əli Kərimli (339)
Lalə Şövkət Hacıyeva (292)
Rəsul Quliyev (113)
Qüdrət Həsənquliyev (20)
Firudin Cəlilov (24)
Fazil Mustafa (58)
Sabir Rüstəmxanlı (57)
Mirmahmud Mirəlioğlu (51)
Mia.az saytında hələ davam edən sorğuda isə bu günə olan nəticə belədir:
Əli Əliyev 31.94% (108)
İsa Qəmbər 12.54% (42)
Əli Kərimli 10.75% (36)
Lalə Şövkət 18.51% (62)
Rəsul Quliyev 5.67% (19)
Mirmahmud Mirəlioğlu 2.09% (7)
Etibar Məmmədov 1.79% (6)
Hafiz Hacıyev 2.09% (7)
İqbal Ağazadə 2.39% (8)
Heç biri 12.24% (41)
Veteninfo.az saytında davam edən "elektron marafon"da səsvermənin gedişatı bu nəticələri müəyyənləşdirib:
Əli Əliyev 122
Əli Kərimli 77
İsa Qəmbər 70
Lalə Şövkət 39
İqbal Ağazadə 29
Qüdrət Həsənquliyev 9
Sərdar Cəlaloğlu 5
Rəsul Quliyev 27

O.M.