Ərdoğanın yeni iş maşını

Ərdoğanın yeni iş maşını

28 Aprel 2011 18:46
Bəyəndim (0) Bəyənmədim (0)


Baş nazir R.T. Ərdoğan "Çankaya"da təşkil olunan görüşə yeni maşını ilə gəldi. Ərdoğan "Mercedes" maşınını Abdulla Gülün də istifadə etdiyi "BMW 760 i long" modeli ilə dəyişdi. Dövlət məmurunun 12 silindrli və 544 at gücündəki 2011 model "BMW 760 i long" markalı avtomobilində ən üst səviyyədə təhlükəsizlik tədbirləri var. Xüsusi zirehli örtməsi olan maşının bioloji silahlara qarşı qoruma xüsusiyyətinə də sahib olduğu öyrənildi. Bundan başqa, bombalı hücum sonrasında meydana gələ biləcək yanğına qarşı toz-buludlar yaradıb, yanğının qarşısını ala bilir. Avtomobilin zirehli olmayan - normal formasının bazar satış qiymətinin təxminən 250 avro manat olduğu öyrənildi.


Mən bilməzdim ki, Abdulla Gülün bu qədər düşməni ola bilər...


Günel Həbib


O.M.