Qənirə Paşayeva "Türk dünyasına xidmət" mükafatına layiq görüldü

Qənirə Paşayeva "Türk dünyasına xidmət" mükafatına layiq görüldü

21 Sentyabr 2012 18:51
Bəyəndim (0) Bəyənmədim (0)
Millət vəkilinin xeyirxah əməlləri diqqətdən kənarda qalmadı

Türkiyənin Antalya şəhərində Avropa Qəzetçilər Dərnəyi 11-ci Media Ödüllərinin təqdimat mərasimi keçirilib. Azərbaycanın Millət vəkili Qənirə Paşayeva da həmin mərasimdə iştirak edib. Millət vəkilimiz tədbirin təşkilatçıları tərəfindən "İlin ən yaxşı millət vəkili" mükafatına layiq görülüb. Avropa Qəzetçilər Dərnəyinin " İlin ən yaxşıları" Media Ödülləri ilə bağlı keçirilən tədbirində Qənirə Paşayeva Türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə "Türk Dünyasına Xidmət" xüsusi mükafatı ilə təltif olunub.

Bu, əlbəttə ki, təqdirəlayiq haldır. Arzu edirik ki, Milli Məclisin iclaslarında yuxulayan bir çox millət vəkili adını alanlar da gördükləri xeyirxah əməlləri ilə mükafatlandırılsınlar. Vacib deyil hər hansı bir xarici ölkədə. Əgər vətən üçün nəsə etsələr, xalqın diqqətindən kənarda qalmayacaq, alqışlanacaqlar ve gec-tez digər ölkələrin mükafatlarına da layıq görüləcəklər.

Könül Aypara

O.M.